Berktaş Yigit

Baş direktor
1971-ci ildə anadan olub. Orta Doğu Texniki Universitetini Bakalavr təhsili üzrə1994-cü ildə, Boğaziçi Universitetini MBA üzrə 2003-cü ildə bitirib. 1994-2019 illərində Türkcell, Azercell, İrancell, Lifecell Ukraine, Superonline, Avea, Azertelekom, AzerConnect və Bakcell şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ildən ULTEL MMC-nin Baş direktorudur. Ailəlidir, 2 övladı var.

Əfəndiyev İsmayıl

Satış və bazarlama üzrə direktor
1962-ci ildə anadan olub. Azərbaycan Texniki Universiteti 1984-cü ildə bitirib, 1984-1992 illərdə Rayon Rabitəsi İB və Rabitə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1992-ci ildən ULTEL-də, 1996-ci ildən isə ULTEL MMC-nin Satış və bazarlama üzrə direktorudur. Ailəlidir, 1 övladı var.

Şirinov Kərəm

Aparat rəhbəri
1959-cu ildə anadan olub. 1981-ci ildə Azərbaycan Neft Kimya Akademiyasını bitirib.1989-cu ildən iqtisad elmlər namizədidir.
 Müxtəlif vaxtlarda Məlumat Hesablama Mərkəzində, Bakı Telefon Rabitəçi İstehsalat Birliyində, A.R. Rabitə Nazirliyində işləmişdir.   2005-ci ildən ULTEL-də işləyir, 2017-ci ildən isə ULTEL MMC-nin Aparat rəhbəridir. Ailəlidir, 2 övladı var.