Optik şəbəkə ilə əhatə olunmuş binalarda analoq və rəqəmsal Kabel TV xidmətləri ULTEL tərəfindən göstərilir. Rəqəmsal Kabel TV şəbəkəmiz üzərindən 110-dan artıq Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrin kanallarını yüksək keyfiyyətlə izləmək olur. Rəqəmsal Kabel TV kanalların siyahısı ilə burada tanış ola bilərsiniz.
Analoq yayım 62 kanal | |
İlkin ödəniş | 0 manat |
Aylıq istifadə haqqı | Birinci TV qəbuledicisi üçün – 10 manat |
İkinci və hər sonrakı TV qəbuledicisi üçün – 2 manat (əhali), 10 manat (qeyri əhali) | |
Analoq yayım üçün hər hansı avadanlıq tələb olunmur. |
Rəqəmsal yayım 113 kanal | |
İlkin ödəniş | 0 manat |
Aylıq istifadə haqqı | Birinci TV qəbuledicisi üçün – 10 manat |
İkinci və hər sonrakı TV qəbuledicisi üçün – 4 manat (əhali), 10 manat (qeyri əhali) | Rəqəmsal yayım üçün DVB-C CAM Modul və ya DVB-C qəbuledici tələb olunur. |
İstər ADSL/VDSL, istərsə də Optik internet müştəriləri əlavə kabel çəkmədən, internet bağlantısı üzərindən 110-dan artıq müxtəlif televiziya kanallarının izlməsinə imkan verən İP-TV xidmətindən faydalana bilərlər. IP-TV kanalların siyahısı ilə burada tanış ola bilərsiniz.
Qoşulma şərtləri.
1. İP-TV xidmətinin qoşulması üçün zəruri olan Set-top-Box televiziya qurğusu ULTEL tərəfindən təmin edilir.
2. İP-TV xidmətinə 1-ci tarif paketi ilə yalnız telefonun abunəçisi şəxsən qoşula bilər və bu xidməti istifadə edib-etmədiyindən asılı olmayaraq ən az ilk 12 ayın xidmət haqqını ödəməlidir.
3. İP-TV xidmətinə 2-ci tarif paketi ilə qoşulan şəxs, bu xidməti istifadə edib-etmədiyindən asılı olmayaraq ən azı ilk 6 ayın xidmət haqqını ödəməlidir.
4.İnternet istifadəçisi olmayan şəxs İP-TV xidmətinə qoşulmaq istədikdə, ULTEL texniki imkanı araşdırmalıdır. ADSL üzərindən qoşulma üçün texniki imkan olduqda 10 manat, Ethernet üzərindən qoşulma üçün texniki imkan olduqda smeta ilə müəyyən olunan bir dəfəlik qoşulma haqqı İstifadəçi tərəfindən ödənilməlidir. Bundan başqa zəruri olan son avadanlıq (modem, router, switch və s.) istifadəçi tərəfindən təmin edilməlidir.
İlkin ödəniş | 30 manat | 75 manat | 119 manat |
Aylıq istifadə haqqı | 1-ci il ərzində - 10 manat | 4 manat | 1-ci il ərzində - 0 manat |
2-ci ildən başlayaraq - 4 manat | 2-ci ildən başlayaraq - 4 manat | ||